Şəhidlərimiz

 
 
   
ŞəhidlərimizƏZİMOV CAVANŞİR CALAL OĞLU-1997-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2014-cü il də Gəray Əsəsdov adına 1 saylı tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.  Hərbi xidmətini bitirdkdən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin “Gizir hazırlıq” kurusuna qəbul olaraq gizir hərbi rütbəsini alaraq hərbi xidmətini ön cəhbədə  Füzuli rayonunun ərazisində yerləşən hərbi hissədə davam etdirmişdir. Əzimov Cavanşir Calal oğlu 04 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Əzimov Cavanşir Calal oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə medalı ilə təltif olunmuşdur.       
Şəhidlərimiz

QULİYEV MURAD ŞAHİN OĞLU-1998-ci il avqustun 11-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2015-ci ildə Birinci Şahsevən 2 nömrəli tam orta məktəbini bitirmiş,  2016-cı ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. Murad hərbi xidmətini Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirmişdir.  2018-ci ilin aprelində hərbi xidmətini uğurla başa vurub ordu sıralarından tərxis olunmuşdur. 2020-ci ildə  Silahlı Qüvvələrin “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursuna daxil olmuşdur. Kursu bitirdikdən sonra hərbi ixtisasa yiyələnmişdir. Kursu bitirdikdən sonra təyinat üzrə  Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlamışdır. Murad 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak etmiş,   Muradın döyüş yolu Füzuli rayonunun Alıxanlı kəndindən başlamışdır. 2020-ci ilin  oktyabr ayının 3-də  Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindi uğurunda gedən döyüşdə başından aldığı snayper gülləsindən şəhid olmuşdur. Şəhid Quliyev Murad Şahin oğlu 2020-ci ilin  oktyabr ayının  4-də Birinci Şahsevən kənd qəbirstanlığında dəfn edilmişdir. 

Murad subay idi.Ailədə bir qardaş,bir bacı idilər.
əsgər Quliyev Murad Şahin oğlu ölümündən  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” ,“Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
 RÜSTƏMOV ƏLİ ƏVƏZ OĞLU 24.03.1970-ci ildə Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuşdur. O,  1987-ci ildə Birinci  Şahsevən kəndində 2 saylı tam orta məktəbini bitirdikdən sonra  1988-1990-cı illərdə Sovet ordusunda xidmət etmişdir. Sovet ordusundan xidmətindən sonra 1993-cü ildə Beyləqan Rayon Qaz İdarəsində sürücü işləmişdir. 1993-cü ilin yanvar ayında Qarabağ uğurundan gedən döyüşlərdə iştirak etmək üçün  Milli Ordunun sıralarına könüllü olaraq qoşulmşdur. Müharibə zamanı “Qrad” qurğusunu idarə edib. 24.07.1993-cü ildə qəhrəmancasına şəhid olmuşdur. Əli Rüstəmov öz doğma kəndi  Birinci Şahsevən kəndində dəfn olunmuşdur.Hal-hazırda onun bitirdiyi 2 saylı tam orta  məktəb şəhid Əli Rüstəmovun adını daşıyır.
ŞəhidlərimizRÜSTƏMOV ELBRUS MƏTLƏB OĞLU-05.09.170-ci ildə Birinci Şahsevən kəndində anadan olmuşdur.1987-ci ildə Birinci Şahsevən kənd tam orta məktəbini bitirmiş, 1988-1990-cı illərdə Sovet ordusunda xidmət etmişdir. 1990-cı- ildə Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etmək üçün Milli Ordunun sıralarına könüllü qoşulmuşdur. 1993-cü ildə Xocəvənd rayonunun Əmiralılar kəndi uğurunda gedən döyüşdə şəhid olmuşdur. Elbrus evli idi, Bənövşə və Minə adlı qız övladları var idi.Şəhid Rüstəmov Elbrus doğulduğu Birinci Şahsevən kənd qəbirstanlığında dəfn olunmuşdur.
Şəhidlərimiz

QULİYEV ELŞƏN CƏBRAYIL OĞLU-1969-cu ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 1986-cı ildə Birinci Şahsevən kənd tam orta məktəbini bitirdikdən sonra 1987-1989-cu illərdə Sovet Ordusunda xidmət etmişdir. 1993-cü ildə Qarabağ uğurnda gedən döyüşlərə könüllü qoşularaq Beyləqan Batalyonunun tərkibində Xocəvənd rayonunun Əmiralılar, Kurapatkino kəndləri və Nərgiztəpə yüksəkliyi uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Quliyev Elşən Cəbrayıl oğlu Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Quliyev Elşən Cəbrayıl oğlu doğulduğu Birinci Şahsevən kənd qəbirstanlığında dəfn olunmuşdur.

ŞəhidlərimizFƏRƏCOV CAVANŞİR MÖHÜBBƏT OĞLU– 20.01.1973-cü ildə Beyləqan rayonunun Mil qəsəbəsində anadan olmuşdur. 1990-cı ildə Birinci Şahsevən kənd tam orta məktəbini bitirdikdən sonra 1991-1992-ci illərdə Sovet Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 13.10.1992-ci ildə Qarabağ uğurunda gedən döyüşlərə könüllü qoşularaq  Füzuli rayonunun  Aşağı Veysəlli, Qızılqaya, Üryandağ, Peykanlı, Yuxarı Dilağarda, Qırmızı Bazar kəndləri uğurunda   gedən döyüşlərdə iştirak etmişdir. Fərəcov Cavanşir Möhübbət oğlu 05.04.1993-cü ildə Füzuli rayonunun Yuxarı Dilağarda kəndi uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Fərəcov Cavanşir Möhübbət oğlu Birinci Şahsevən kənd qəbrstanlığında dəfn olunmuşdur.
 YAQUBOV TELMAN FƏRMAN OĞLU-12.03.1967-ci il tarixdə Birinci Şahsevən kəndində anadan olmuşdur. 1984-cü ildə Birinci Şahsevən kənd tam orta məktəbini bitirdikdən sonra 1985–1987-ci illərdə Sovet ordusunda xidmət etmişdir. 1992-ci ildə Qarabağ uğurunda gedən döyüşlərə qoşulmaq üçün Milli Ordunun sıralarına könüllü olaraq qoşulmuşdur. Yaqubov Telman Fərman oğlu Füzuli rayonunun Kərimbəyli, İşıqlı, Qorqan kəndləri uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Yaqubov Telman Fərman oğlu 26.01.1994-cü ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Yaqubov Telman Fərman oğlu Birinci Şahsevən qəbrstanlığında dəfn olunmuşdur.
ŞəhidlərimizKƏRİMOV SƏFƏR MÜŞTƏBA OĞLU-16.04.1970-ci ildə Birinci Şahsevən kəndində anadan olmuşdur. 1988-ci ildə Birinci Şahsevən kənd tam orta məktəbi bitirdikdən sonra 1988-1990-cı illərdə Sovet ordusunun sıralarında xidmət etmişdir. 1993-cü ilin yanvar ayında Qarabağ uğurunda gedən döyüşlərə könüllü qoşularaq Milli ordunun sıralarında Füzuli rayonunun Böyük Bəhmənli, Babı, Kərimbəyli, Şükürbəyli və Qorqan kəndləri uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Kərimov Səfər Müştəba oğlu  12.01.1994-cü ildə  Qorqan kəndi uğurunda gedən döyüşlərdə şəhid olmuşdur. O, doğuıduğu Birinci Şahsevən kənd qəbirstanlığında dəfn olunmuşdur.
ŞəhidlərimizFƏRZƏLİYEV MEHDİ FƏRZALI OĞLU-03.01.1971-ci ildə Birinci Şahsevən kəndində anadan olmuşdur.1988-ci ildə Birinci Şahsevən 2 saylı tam orta məktəbi bitirdikdən sonra 1989-1991-ci illərdə Sovet ordusunda xidmət etmişdir. 12.02.1993-cü ildə Səfərbərliyə alınaraq Milli ordunun sıralarna daxil olmuşdur. Ağdərə və Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak etmişdir. 10.04.1993-cü ildə Qızılqaya yüksəkliyi uğurunda gedən döyüşlərdə itkin düşmüşdür.
ŞəhidlərimizMƏMMƏDOV ƏLƏDDİN NURƏLİ OĞLU – 1963-cü ildə Birinci Şasevən kəndində anadan olmuşdur.1980-ci ildə Şahsevən kənd tam orta məktəbi bitirmişdir. 1992-ci ildə Qarabağ uğurunda gedən döyüşlərə könüllü qoşularaq Milli ordunun tərkibində Əmiralılar, Kurapatkino, Muğanlı kəndlərinin müdafəsində iştirak etmişdir. 02.11.1992-ci ildə Əmiralılar kəndi uğurunda gedən döyüşdə şəhid olmuşdur. Şəhid Məmmədov Ələddin Nurəli oğlu Birinci Şahsevən kənd qəbirsanlığında dəf olunmuşdur.
Şəhidlərimiz

MƏMMƏDLİ İMRAN CAHANGİR OĞLU-1985-ci ildə Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olub,ixtisasi hərbi müəllim olan İmran Məmmədli sonuradan torpaqlarımızın işğal altında olmasına dözməyərək müddətdən artıq xidmətçi kimi ordu sıralarına qatılıb.2016-cı ildə aprel döyüşlərində qəhramancasına savaşmışdır, Dövlətin ali mükafatlarına layiq görülmüşdür.İmran Məmmədli uzun illər idmanla məşğul olub,idmanın karate üzürə avropa çenpionu olub.Bir neçə dəfə Azərbaycan çenpiyonu olub,Fizuli Cəbrail isdiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Məmmədli İmran Cahangir oğlu Birinci Şahsevən kənd qəbirstanlığında dəfn olunmuşdur.

ŞəhidlərimizMAHMUDOV HÜMBƏT SOLTAN OĞLU-1972-ci ildə Birinci Şahsevən kəndində anadan olmuşdur. Mil qəsəbə orta məktəbini bitirmişdir. 1990-cı ildə 113 nömrəli Texniki-Peşə məktəbində traktorçu sənətinə yiyələnmişdir. Həmin ildən “Beyləqansutikinti” idarəsində fəhlə işləmişdir. 1992-ci ilin noyabr ayının 30-da Qarabağ uğurunda gedən döyüşlərə qoşulmaq üçün könüllü olaraq Mili ordunun sıralarına daxil olmuş, Füzuli rayonunun Yuxarı Dilağarda, Yuxarı Veysəlli, Kövşadlı, Üryandağ və Qızıqaya istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.Mahmudov Hümbət  Soltan oğlu  1994-cü ilin yanvar ayının 6-da  Horadiz qəsəbəsi uğurunda gedən döyüşlərdə  qəhrəmancasına şəhid olmuşdur.
ŞəhidlərimizSƏFƏROV ŞAHİN AĞAVERDİ OĞLU1974-cü ildə Birinci Şahsevən kəndində anadan olmuşdur.  1991-ci ildə  Birinci Şahsevən kənd 2 saylı tam orta məktəbi bitirmişdir.  Birinci Şahsevən kəndində yerləşən Pambıqtəmizləmə zavodunda çilingər işləmişdir. 1992-ci ilin avqust ayında Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etmək üçün Milli ordunun sıralarına könüllü olaraq qoşulmuşdur. Səfərov Şahin Ağaverdi oğlu Qubadlı rayonu, Cəbrayıl və Ağdam rayonları uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Səfərov Şahin Ağaverdi oğlu1994-cü ilinyanvar ayının 5-də Ağdam rayonu uğurunda  gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Səfərov Şahin Ağaverdi oğlu doğulduğu Birinci Şahsevən kənd qəbirstanlığında dəfn olunmuşdur.
ŞəhidlərimizRƏHİMOV NAHİD AĞA OĞLU-07 yanvar 1966-cı ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 1983-cü ildə Mil qəsəbə tam orta məktəbini bitirmişdir.1984-1986-cı illərdə keçmiş SSR-ının silahlı qüvvələrində hərbi xidmətdə olub. Hərbi xidmətini bitirdikdən sonra Bakı Politexnik Texnikomunda mühəndis-inşaatçı ixtisasına yiyələnmişdir. Daha sonra Beyləqan Aqrar Sanaye Birliyində işləmişdir.1992-ci ilin noyabr ayında Qarabağ uğurunda gedən döyüşlərə qoşulmaq üçün “Beyləqan batalyonunun” sıralarına qoşulmuşdur. “Beyləqan batalyonunun” tərkibində Xocavənd rayonunun Əmralılar, Xurapatkino, Muğanlı kəndlərinin, Nərgiztəpə və Ağburun yüksəkliyinin azad olunması uğurunda olan döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə Beyləqan rayonunun müdafiəsində iştirak etmişdir.Allahyarlı bölgəsində Qaraqantəpə, Bəytəpə, Canqultəpə yüksəklikləri uğurunda gedən döyüşlərdə şücaətlə vuruşmuşdur. Rəhimov Nahid Ağa oğlu 17 aprel 1994-cü ildə Üçtəpə uğurunda gedən döyüşdə itkin düşmüşdür.
ŞəhidlərimizŞÜKÜROV AZƏR CAHİD OĞLU –11.02.1994-cü ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2013-cü ildə Əli Rüstəmov adına Birinci Şahsevən kənd 2 saylı tam orta məktəbi  bitirmişdir. Azər 2014-cü ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Beyləqan rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və Silahlı Qüvvələrin Qazax rayonunda yerləşə “N” saylı hərbi hissəsində xidmətinə başlamışdır. Tovuz döyüşlərindən sonra SHXÇDX-ya ərazi bütövlüyü uğrunda başlayacaq mümkün müharibədə iştirak etmək üçün müraciət etmiş və müvafiq formada qeydiyyata alınmışdır. 2020-ci il sentyabrın 21-də ordu sıralarına çağrılan 2020-ci ilin sentyabrın 29-da könüllü olaraq Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilən Azər növbəti gün oktyabrın 1-də cəbhəyə aparılmışdır. Onun döyüş yolu Cəbrayıldan başlamışdır. Cəbrayıl və Qubadlı rayonu ərazisində gedən döyüşlərdə xüsusi fədakarlıqlar göstərən Azər oktyabrın 22-də Qubadlı rayonunda yaxınlığına düşən minomyot mərmisindən aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhid Şükürov Azər Cahid oğlu noyabrın 4-də Birinci Şahsevən kənd qəbirstanlığında dəfn olunmuşdur.  Azər ailəli idi. Nurlan və Cahid adlı iki oğlu var. Şükürov Azər Cahid oğlu ölümündən sonra iştirak etdiyi döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
ŞəhidlərimizABBASOV ELŞƏN QURBAN OĞLU- 31 dekabr 1992-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2010-cu ildə Beyləqan rayonun Birinci Şahsevən Gəray Əsədov adına  1 saylı tam orta məktəbi bitirmişdir. Hərbi xidmətinə Tovuz rayonu istiqamətində döyüş bölgəsində xidmət etmişdir.  Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlıq” kursuna daxil olmuşdur. Kursu bitirdikdən sonra, çavuş, tuşlayıcı-operator ixtisası üzrə Beyləqan rayonunda yerləşən Həmlə taborunda “BTR-82”  zirehli maşınında tuşlayıcı-operator kimi xidmətinə davam etmişdir. Abbasov Elşən Qurban oğlu 29.09.2020-ci il tarixdə Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı idarə etdiyi zirehli “BTR-82” maşınında şəhid olmuşdur. Şəhid Abbasov Elşən Qurban oğlu ailəli idi Narınc və Asiya adlı qızları var. Abbasov Elşən Qurban oğlu doğulub, böyüyüb-başa çatdığı Beyləqan rayonunun Birinci Şahsevən kənd qəbirstanlığında dəfn olunmuşdur. Şəhid Abbasov Elşən Qurban oğlu ölümündən sonra “Vətən uğurunda” və “Füzulinin rayonunun azad olunması” medalları ilə təltif edilmişdir.
 MƏMMƏDOV EMİN FAZİL OĞLU-
ŞəhidlərimizQULİYEV SEYRULLA XEYRULLA OĞLU-02.10.1999-cu İldə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2017-ci ildə Əli Rüstəmov adına 2 saylı Birinci Şahsevən kənd tam orta məktibini bitirmişdir. 02.10.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Beyləqan rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətini Qazax rayonunda yerləşən “N” saylı hərbi hissədə çəkmişdir.Seyrulla 05.04.2019-cu il tarixdə hərbi xidmətini başa vurub ordu sıralarından tərxis olunmuşdur. 27 sentyabr 2020-ci il tarixdə Ordumuzun işğalda olan torpaqlarımızın işğaldan azad olunması uğurunda başlanan əks-hücum  əməliyyatlarından iştirak etmək üçün 24.09.2020-ci il tarixdə Seyrulla döyüş əməliyyatlarında iştirak etmək üçün elan edilmiş Səfərbərliyə çağrılmışdır. Seyrulla 24.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüş əməliyatında şəhid olmuşdur. Şəhid Quliyev Seyrulla Xeyrulla oğlu Beyləqan rayonunun Birinci Şahsevən kəndində dəfn olunmuşdur.
 MƏMMƏDOV MÜRŞÜD ZÜLFİQAR OĞLU-
 HÜSEYNOV RAHİB İLHAM OĞLU-02 aprel 2000-ci il tarixdə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. Rahib 2007-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda yerləşən Eldar Əliyev adına 93 nömrəli tam orta məktəbi 4-cü sinifinə qədər oxumuşdur. Daha sonra valideynlərinin Birinci Şahsevən kəndinə qayıtması ilə əlaqədar o, 2011-ci il tarixdə təhsilini Əli Rüstəmov adına 2 saylı Birinci Şahsevən kənd tam orta məktəbində davam etdirmişdir. 2018-ci il tarixdə həmin məktəbi bitirdirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Beyləqan rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Rahib Dövlət Sərhəd Xidmətinin Bakıda yerləşən “N” saylı hərbi hissəsində Sahil Mühafizə dəstəsində xidmət etmişdir. Həqiqi hərbi xidmətini başa vurub ordu sıralarından tərxis olunduqdan sonra 2020-ci il tarixdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlıq” kursuna daxil olmuşdur. Kursu bitirdikdən sonra Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətinə başlamışdır. 27 sentyabr 2020-ci il tarixdə Ordumuzun işğalda olan torpaqlarımızın işğaldan azad olunması uğurunda başlanan əks-hücum  döyüş əməliyyatlarında iştirak etmişdir. Rahib Füzuli rayonu olmaqla, Füzuli rayonunun Qaraxanbəyli, Merdinli, Qərvənd və Aşağı Seyidəhmədli kəndlərinin işğaldan azad olunmasında işturak etmişdir. Hüseynov Rahib İlham oğlu 17 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Hüseynov Rahib 29.10.2020-ci il tarixdə Füzuli rayonunun Alxanlı kəndində dəfn olunmuşdur. Rahib subay idi. Şəhid Hüseynov Rahib İlham oğlu ölümündən sonra iştirak etdiyi döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasna görə” medalları ilə təltif edilmişdir.
ŞəhidlərimizRÜSTƏMOV MURAD TAHİR OĞLU- 1990-cı ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur.2007-ci ildə Birinci Şahsevən kənd Əli Rüstəmov adına 2 saylı tam orta məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra 2007-ci ildə hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Daşkəsən rayonu istiqamətində ön cəhbədə çəkmişdir. Murad hərbi xidmətini başa vurduqdan sonra müxtəlif yerlərdə işləmişdir. Arzusu hərbiçi olmaq olsa da müəyyən səbəblərdən arzusuna çatmamışdır. 29.09.2020-ci il tarixdə Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı zamanı Murad könüllü ordu sıralarına qoşulmaq istəsə də himayəsində 3 azyaşlı uşaq olduğuna görə buna nail ola bilməmişdir. Lakin, Murad Daşburun dəmiryol vağzalında hərbi sursatların maşınlara yüklənməsində hərbiçilərə kömək edirdi. Hərbi Sursatların yüklənib Füzuli rayonunun Horadiz şəhərində boşaltdıqdan sonra Horadiz şəhərində yolda xarab olmuş avtomobilə kömək göstərən zaman düşmənin atdığı top mərmisinin nəticəsində şəhid olmuşdur. Şəhid Rüstəmov Murad Tahir oğlu evli idi onun iki qızı və bir oğlu var idi. Şəhid Rüstəmov Murad Tahir oğlu Birinci Şahsevən kənd qəbrstanlığında dəfn edilmişdir.
ŞəhidlərimizŞİRİNOV ELVİN ELSEVƏN OĞLU- 1997-ci il mart ayının 12-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2 yaşı olanda valideynləri Bakıya köçən qəhrəmanımız 2014-cü ildə 3 nömrəli Laçın şəhər tam orta məktəbin 11-ci sinfini bitirən Elvin artıq peşəkar futbolçu kimi formalaşmışdır. Bir müddət “Qarabağ” futbol klubunun aşağı yaş qrupunda çıxış edən Elvin 2015-ci ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Beyləqan rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlamışdır. 2016-cı ilin oktyabrında hərbi xidmətini başa vuran  hərbçi olmağı seçmişdir. O, 2016-cı ildə sənədlərini Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin “Gizir hazırlığı” kursuna vermişdir. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanlardan müvəffəqiyyətlə keçməyi bacarmışdır. Kursu uğurla bitirərək “gizir” rütbəsi almışdır. Gizir Şirinov Silahlı Qüvvələrin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində taqım komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. Bir müddət sonra isə xidmətinə Qazax rayonunda yerləşən hərbi hissədə davam etmişdir. Hər zaman nizam-intizamı ilə seçilən Elvin həm də ən gərgin vəziyyətlərə hazır hərbçi kimi yetişmişdi. O, 2020-ci ilin iyulunda Tovuz döyüşlərinin də aktiv iştirakçısı olmuşdur. Elvin 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlayan günlərdə Qazax rayonunda xidmətdə idi. Ancaq elə həmin gün döyüş əmri alıb Murov istiqamətində hərəkət edirlər. Oktyabrın 11-nə qədər Murovda olan Elvin daha sonra öz bölüyü ilə birlikdə cəbhənin cənub istiqamətinə göndərilmişdir. Mühəndis-istehkam bölüyündə xidmət edən qəhrəmanımız Füzuli, Cəbrayıl və Qubadlı rayonlarında ağır döyüş əməliyyatlarında iştirak etmişdir. O, 25 oktyabrda gecə saatlarında Füzuli rayonunun Qarğabazar kəndində döyüş tapşırığını yerinə yetirən zaman düşmən artilleriyasının açdığı top atəşindən mərmi yarası alaraq şəhid olmuşdur. Şəhid Şirinov Elvin Elsevən oğlu oktyabrın 26-da Birinci Şahsevən kənd qəbirstanlığında dəfn olunmuşdur.  uğrunda canını fəda etdiyi vətən torpağına tapşırılmışdır. Elvin subay idi. Ailədə dörd qardaş idilər. Şəhid Şirinov Elvin Elsəvən oğlu ölümündən sonra iştirak etdiyi döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasna görə” və “Füzulinin azad olunmasna görə” medalları ilə təltif edilmişdir.
 ABDULLAYEV HİKMƏT FAİQ OĞLU
error

Enjoy this blog? Please spread the word :)

RSS
Follow by Email
YouTube
Instagram
OK
WhatsApp