Qazilərimiz

Qazilərimiz

Rüstəmov Elməddin Kərim oğlu-19.09.1985 tarixdə Beyləqan rayon Birinci Şahsevən kəndində anadan olmuşdur. Birinci sinifə doğulduğu kənddə başlamışdır. Hələ uşaqlıq illərində idmana böyük həvəsi olmuş və fərdi şəkildə idmanla məşğul olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, hərbi xidmətdən qayıtdıqdan sonra profesional şəkildə idmanın əlbəyaxa və qaydasız döyüş növü üzrə məşğul olmağa başlamışdır. Elməddin Rüstəmov ardıcıl olaraq əlbəyaxa və qaydasız döyüş növləri üzrə dünya çempionu olur. İki qat dünya çempionunun vətənə sevgisi, kəşfiyyatçı olma arzusu onu 2014-cü ildə onu yenidən hərbi xidmətə qaytarır. Kəşfiyyat taborunda xidmət göstərən dünya çempionu eyni zamanda idman yarışlarındada iştirak etmişdir. 2015 -ci ildə fevralın 24 -də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Əlbəyaxa döyüş üzrə avropa çempionatında erməni idmançısını məğlub edərək avropa çempionu adını qazanmışdır. Yüksək idman bacarıqları Dünya və Avropa çempionunun kəşfiyyat əməliyyatlarında yüksək xüsusi bacarıqlarını göstərmişdir. 2016 -cı il aprel 1-də erməni təxribatçılarının Füzuli- Cəbrayıl istiqamətidə təmas xəttindəki təxribatlarının qarşısının alınması üçün verilmiş sürətli əks hücum əmrində kəşfiyyat taburunun tərkibində Lələtəpə yüksəkliyinə ələ keçirmiş ilk qrupda olan döyüşçümüz başında ağır yaralanmışdır. Ağır yaralanmasına baxmayaraq çempion döyüş zonasını tərk edə bilmişdir. Bir müddət hərbi hospitalda müalicə olunmüş müalicə bitdikdən sonra ikinci qrup Qarabağ əlili kimi ordudan təxris edilmişdir. Aprel döyüşlərində yüksək xüsusi bacarıq, şücayət və cəsurluq göstərdiyinə görə Ölkə prezdenti cənab İlham Əliyev tərəfində “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

QazilərimizMəmişov Bəşir Məhəddin oğlu-25.04.1988-ci ild’ Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur.2006-cı ildə Gəray Əsədov adına 1 saylı Birinci Şahsevən kənd tam orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini Daşkəsən rayon istiqamətində N saylı hərbi hissədə çəkmişdir.  2008-ci ildə hərbi xidmətini başa vurub ordu sıralarından tərxis olunmuşdur. Daha 2009-cu ildə sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin  Müddətdən artıq Xidmət edən Hərbi Qulluqçular hazırlıq kursunu bitirmiş və xidməti təyinat alaraq kəşfiyat böluyunde xidməte başlamışdır. aprel döyüşlərində iştirak etmişdir. Daha sonra 2017-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin “Gizir hazırlıq” kursunu bitirərək gizir hərbi rütbəsini almışdır. Vətən müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğurnda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 20 oktyabr 2020-ci ildə Qubadlı rayonunda minaya düşərək bir ayağını itirmişdir. 
QazilərimizƏbilov Elməddin Əlövsət oğlu
  

 

 

 

 

error

Enjoy this blog? Please spread the word :)

RSS
Follow by Email
YouTube
Instagram
OK
WhatsApp