Haqqımızda

Birinci Şahsevən kəndi Beyləqan rayonunun ən böyük kəndlərindən biridir. Birinci Şahsevən kəndi Araz çayından 3 km. aralı, Mil düzündə yerləşir və cənub-şərqdən  İran İslam Respublikası ilə həmsərhəddir. Şahsevən adı adından da göründüyü kimi tarixi özündə əks etdirir həmin ad  etnotoponim olub, Şahsevən tayfalar birliyinin adını əks etdirir.

Haqqımızda

Sahəsi 2740 ha-dır. Bu sahədən dövlət mülkiyyətində 227 ha, bələdiyyə mülkiyyətində 958 ha,  xüsusi mülkiyyətdə  1555 ha(o cümlədən özəlləşdirilən torpaqlar 1410, həyətyanı 145 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpaqlar özəlləşdirilmiş, hər nəfərə 0,225 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 1475, ailələrin sayı 1391, əhalisi 15000-ə yaxındır.  Əhalinin əksəriyyəti şahsevənlilərdən ibarətdir. Bu kəntdə həmçinin 1948-1952-ci illərdə Ermənistan Respublikasının Vedi bölgəsindən  köçürülmüş vətəndaşlarda bu kəntdə yaşamaqdadır. Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. 

Haqqımızda

Həmçinin   Bakı-Horadiz dəmir yol xətti bu kəntdən keçir ki, bu da  kəndin strateji əhəmiyyətini artırır. Kəntdə yerləşən “Daşburun” dəmir yol vağzalı  sərnişin və yük daşınmasında ölkəmiz üçün iqtisadi baxımdan böyük əhəmiyyət daşımaqdadır.

HaqqımızdaHaqqımızda

Kəntdə 3 tam orta məktəb mövcuddur. Bininci Şahsevən Gəray Əsədov adında 1 saylı tam orta məktəb, şəhid Əli Rüstəmov adında 1 saylı tam orta məktəb və Araz qəsəbə F.Miriyev adına tam orta məktəb

Haqqımızda

Kəntdə 2 uşaq baxçası,mədəniyyət evi və  3 kitabxana vardır.

Kəndin 1  sahə xəstəxanası vardır. Kəntdə 2 Pambıq təmizləmə zavodu fəaliyyət göstərməkdədir ki, ümumilikdə bu zavodlarda 1000 nəfərdən çox vətəndaş işləyir.

Haqqımızda

Eyni zamanda kəntdə Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyi vardır.

Haqqımızda HaqqımızdaHaqqımızda

 

error

Enjoy this blog? Please spread the word :)

RSS
Follow by Email
YouTube
Instagram
OK
WhatsApp