Bu gün şəhid Şükürov Azər Cahid oğlunun anım günüdür!

Sosial şəbəkə

Bu gün şəhid Şükürov Azər Cahid oğlunun anım günüdür!

ŞÜKÜROV AZƏR CAHİD OĞLU –11.02.1994-cü ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2013-cü ildə Əli Rüstəmov adına Birinci Şahsevən kənd 2 saylı tam orta məktəbi  bitirmişdir.Azər 2014-cü ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Beyləqan rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və Silahlı Qüvvələrin Qazax rayonunda yerləşə “N” saylı hərbi hissəsində xidmətinə başlamışdır. Tovuz döyüşlərindən sonra SHXÇDX-ya ərazi bütövlüyü uğrunda başlayacaq mümkün müharibədə iştirak etmək üçün müraciət etmiş və müvafiq formada qeydiyyata alınmışdır. 2020-ci il sentyabrın 21-də ordu sıralarına çağrılan 2020-ci ilin sentyabrın 29-da könüllü olaraq Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilən Azər növbəti gün oktyabrın 1-də cəbhəyə aparılmışdır. Onun döyüş yolu Cəbrayıldan başlamışdır. Cəbrayıl və Qubadlı rayonu ərazisində gedən döyüşlərdə xüsusi fədakarlıqlar göstərən Azər oktyabrın 22-də Qubadlı rayonunda yaxınlığına düşən minomyot mərmisindən aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhid Şükürov Azər Cahid oğlu noyabrın 4-də Birinci Şahsevən kənd qəbirstanlığında dəfn olunmuşdur.  Azər ailəli idi. Nurlan və Cahid adlı iki oğlu var. Şükürov Azər Cahid oğlu ölümündən sonra iştirak etdiyi döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Sosial şəbəkə