Bu gün şəhid Quliyev Murad Şahin oğlunun anım günüdür!
QULİYEV MURAD ŞAHİN OĞLU-1998-ci il avqustun 11-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2015-ci ildə Birinci Şahsevən 2 nömrəli tam orta məktəbini bitirmiş, 2016-cı ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. Murad hərbi xidmətini Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirmişdir. 2018-ci ilin aprelində hərbi xidmətini uğurla başa vurub ordu sıralarından tərxis olunmuşdur. 2020-ci ildə Silahlı Qüvvələrin “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursuna daxil olmuşdur. Kursu bitirdikdən sonra hərbi ixtisasa yiyələnmişdir. Kursu bitirdikdən sonra təyinat üzrə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlamışdır. Murad 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak etmiş, Muradın döyüş yolu Füzuli rayonunun Alıxanlı kəndindən başlamışdır. 2020-ci ilin oktyabr ayının 3-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindi uğurunda gedən döyüşdə başından aldığı snayper gülləsindən şəhid olmuşdur. Şəhid Quliyev Murad Şahin oğlu 2020-ci ilin oktyabr ayının 4-də Birinci Şahsevən kənd qəbirstanlığında dəfn edilmişdir.