Bu gün şəhid Quliyev Murad Şahin oğlunun anım günüdür!

Bu gün şəhid Quliyev Murad Şahin oğlunun anım günüdür!QULİYEV MURAD ŞAHİN OĞLU-1998-ci il avqustun 11-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2015-ci ildə Birinci Şahsevən 2 nömrəli tam orta məktəbini bitirmiş,  2016-cı ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. Murad hərbi xidmətini Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirmişdir.  2018-ci ilin aprelində hərbi xidmətini uğurla başa vurub ordu sıralarından tərxis olunmuşdur. 2020-ci ildə  Silahlı Qüvvələrin “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursuna daxil olmuşdur. Kursu bitirdikdən sonra hərbi ixtisasa yiyələnmişdir. Kursu bitirdikdən sonra təyinat üzrə  Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlamışdır. Murad 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak etmiş,   Muradın döyüş yolu Füzuli rayonunun Alıxanlı kəndindən başlamışdır. 2020-ci ilin  oktyabr ayının 3-də  Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindi uğurunda gedən döyüşdə başından aldığı snayper gülləsindən şəhid olmuşdur. Şəhid Quliyev Murad Şahin oğlu 2020-ci ilin  oktyabr ayının  4-də Birinci Şahsevən kənd qəbirstanlığında dəfn edilmişdir. 

Murad subay idi.Ailədə bir qardaş,bir bacı idilər.
əsgər Quliyev Murad Şahin oğlu ölümündən  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” ,“Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Bizi izləyin və bəyənin:
error

Enjoy this blog? Please spread the word :)

RSS
Follow by Email
YouTube
Instagram
OK
WhatsApp