Bu gün şəhid Əzimov Cavanşir Cəlal oğlunun şəhidlik zirvəsinə ucaldığı gündür!

Bu gün şəhid Əzimov Cavanşir Cəlal oğlunun şəhidlik zirvəsinə ucaldığı gündür!ƏZİMOV CAVANŞİR CALAL OĞLU-1997-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2014-cü il də Gəray Əsəsdov adına 1 saylı tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.  Hərbi xidmətini bitirdkdən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin “Gizir hazırlıq” kurusuna qəbul olaraq gizir hərbi rütbəsini alaraq hərbi xidmətini ön cəhbədə  Füzuli rayonunun ərazisində yerləşən hərbi hissədə davam etdirmişdir. Əzimov Cavanşir Calal oğlu 04 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Əzimov Cavanşir Calal oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasna görə” medalları ilə təltif edilmişdir.

Bizi izləyin və bəyənin:
error

Enjoy this blog? Please spread the word :)

RSS
Follow by Email
YouTube
Instagram
OK
WhatsApp