Bu gün şəhid Rüstəmov Murad Tahir oğlunun anım günüdür!

Bu gün şəhid Rüstəmov Murad Tahir oğlunun anım günüdür!RÜSTƏMOV MURAD TAHİR OĞLU- 1990-cı ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur.2007-ci ildə Birinci Şahsevən kənd Əli Rüstəmov adına 2 saylı tam orta məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra 2007-ci ildə hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Daşkəsən rayonu istiqamətində ön cəhbədə çəkmişdir. Murad hərbi xidmətini başa vurduqdan sonra müxtəlif yerlərdə işləmişdir. Arzusu hərbiçi olmaq olsa da müəyyən səbəblərdən arzusuna çatmamışdır. 27.09.2020-ci il tarixdə Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı zamanı Murad könüllü ordu sıralarına qoşulmaq istəsə də himayəsində 3 azyaşlı uşaq olduğuna görə buna nail ola bilməmişdir. Lakin, Murad Daşburun dəmiryol vağzalında hərbi sursatların maşınlara yüklənməsində hərbiçilərə kömək edirdi. 30.09.2020-ci il tarixdə Hərbi Sursatların yüklənib Füzuli rayonunun Horadiz şəhərində boşaltdıqdan sonra Horadiz şəhərində yolda xarab olmuş avtomobilə kömək göstərən zaman düşmənin atdığı top mərmisinin nəticəsində şəhid olmuşdur. Şəhid Rüstəmov Murad Tahir oğlu evli idi onun iki qızı və bir oğlu var idi. Şəhid Rüstəmov Murad Tahir oğlu Birinci Şahsevən kənd qəbrstanlığında dəfn edilmişdir.

Bizi izləyin və bəyənin:
error

Enjoy this blog? Please spread the word :)

RSS
Follow by Email
YouTube
Instagram
OK
WhatsApp