Şəhidlərimiz

27 sentyabr Anım günü

Bu gün kənd qəbirstanlığında Vətən müharibəsində şəhid olan şəhidlərimizin məzarları ziyarət olunaraq onların xatirəsi anılmışdır. Ziyarətə kənd camaatı ilə yanaşı məktəblilər, qazilər və müharibə iştirakçıları gəlmişlər.  Məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər söyləmiş, onlarla bağlı xatirələrini dilə gətirərək şəhid ailələri ilə bir yerdə olmuşlar. Daha sonra şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir. Qeyd edək ki, Vətən müharibəsində  Birinci Şahsevən kəndi 14 şəhid vermişdir. Şəhidlərimizin xatirəsini dərin hüznlə anaraq onların ruhu qarşısında baş əyirik!