9 May- Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədov

9 May- Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədov

9 May- Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədov

Bu gün kəndimizdə 9 May Qələbə günü qeyd edildi. Tədbir Kəndimizdən olan Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyində qeyd edildi.  Döyüşlərdə göstərdiyi igidliyə görə Gəray Əsədov “Qırmızı Bayraq ordeni”nə layiq görülüb.1944-cü il oktyabr ayının 19-da isə Gəray Əsədov uzaq Rumıniyada qumbara ilə düşmənin bir neçə atəş nöqtəsini susdurub, qumbarası, gülləsi tükənəndə isə öz köksünü düşmənin dəzgah pulemyotunun qarşısına verərək əməliyyatın uğurla başa çatmasına zəmin yaradıb. Aleksandr Matrosovun qəhrəmanlığını təkrar edən həmyerlimizin adı əbədi olaraq Böyük Vətən müharibəsi tarixinə qızıl hərflərlə yazılıb. Ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı 1945–ci ilin 24 martında verilmişdir. Məzarı Vətənimizdən uzaqlarda olsa da xalqımız igid oğlunun adını həmişə əziz tutur. 

9 May- Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədov

Kənd əhalisi və rayon rəhbərliyi tərəfindən onun doğulub boya-başa çatdığı Birinci Şahsevən kəndində yerləşən onun adını  daşıyan Ev Muzeyini hər il 9 May Qələbə günü ziyarət edilir. 

Bizi izləyin və bəyənin:
error

Enjoy this blog? Please spread the word :)

RSS
Follow by Email
YouTube
Instagram
OK
WhatsApp