Qazi Məmişov Bəşir

Qazi Məmişov Bəşir

Məmişov Bəşir Məhəddin oğlu 25.04.1988-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. Bəşir 2006-cı ildə Gəray Əsədov adına 1 saylı Birinci Şahsevən kənd tam orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini Daşkəsən rayon istiqamətində “N” saylı hərbi hissədə çəkmişdir.  2008-ci ildə hərbi xidmətini başa vurub ordu sıralarından tərxis olunmuşdur. Daha sonra 2009-cu ildə sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlıq”  kursunu bitirmiş və xidməti təyinat alaraq kəşfiyat böluyunde xidməte başlamışdır. Bəşir həmçinin 2016-cı ildə  aprel döyüşlərində iştirak etmişdir. Daha sonra 2017-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin “Gizir hazırlıq” kursunu bitirərək gizir hərbi rütbəsini almışdır.  Qazi Məmişov Bəşir Məhəddin oğlu Vətən müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğurnda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 20 oktyabr 2020-ci ildə Qubadlı rayonunun işğaldan azad olunması zamanı döyüş tapşırığını yerinə yetrən zaman  minaya düşərək bir ayağını itirmişdir. Bəşir subaydır.Qazi Məmişov Bəşir

 

Qazi Məmişov Bəşir

Bizi izləyin və bəyənin:
error

Enjoy this blog? Please spread the word :)

RSS
Follow by Email
YouTube
Instagram
OK
WhatsApp