Şəhidlərimiz

Şəhid Abbasov Elşən Qurban oğlu

ABBASOV ELŞƏN QURBAN OĞLU31 dekabr 1992-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2010-cu ildə Beyləqan rayonun Birinci Şahsevən Gəray Əsədov adına  1 saylı tam orta məktəbi bitirmişdir. Hərbi xidmətinə Tovuz rayonu istiqamətində döyüş bölgəsində xidmət etmişdir.  Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlıq” kursuna daxil olmuşdur.

Kursu bitirdikdən sonra, çavuş, tuşlayıcı-operator ixtisası üzrə Beyləqan rayonunda yerləşən Həmlə taborunda “BTR-82” zirehli maşınında tuşlayıcı-operator kimi xidmətinə davam etmişdir. Abbasov Elşən Qurban oğlu 29.09.2020-ci il tarixdə Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı idarə etdiyi zirehli “BTR-82” maşınında şəhid olmuşdur. Şəhid Abbasov Elşən Qurban oğlu ailəli idi Narınc və Asiya adlı qızları var. Abbasov Elşən Qurban oğlu doğulub, böyüyüb-başa çatdığı Beyləqan rayonunun Birinci Şahsevən kənd qəbirstanlığında dəfn olunmuşdur. Şəhid Abbasov Elşən Qurban oğlu ölümündən sonra “Vətən uğurunda” və “Füzulinin rayonunun azad olunması” medalları ilə təltif edilmişdir.